Vakansiya: smeta mühəndisi tələb olunur (Təmir-tikinti işləri üçün)
İşəgötürən: Modul Memarlıq və Tikinti Şirkəti
Vakansiya: Smeta Mühəndisi (Təmir-tikinti işləri üçün)
Son tarix: 06 avqust 2022
Vəzifə öhdəlikləri:
-Memarlıq Layihəsi, Konstruktiv hesabat və Dizayn Layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı Smetaların hazırlanması;
-Hazırlanmış Smetaya uyğun olaraq İş qrafikini tərtib etmək;
-Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən Smeta sənədlərində düzəlişlər etmək;
-Aylıq yerinə yetirilmiş işlər üzrə iş həcmlərinin və material sərfi barədə müvafiq formaların hazırlanması (F-2, F-3 və s.);
-Təsdiq olunmuş F-2 və F-3-ə əsasən sonradan üstü örtülən işlərin qəbul edilməsi prosesində iştirak etmək, müvafiq sənədləri (aktları) tərtib etmək və sifarişçi ilə təsdiq etmək.
Tələblər:
-Mülki İnşaat Mühəndisliyi üzrə ali təhsil;
-Eskiz və İşçi Layihəni oxuma bacarığı;
-Minimum 10 il inşaat sahəsi üzrə ümumi təcrübə;
-Minimum 5 il Smeta Mühəndisliyi üzrə iş təcrübəsi;
-Azərbaycan və rus dillərində yazılı və şifahi sərbəst ünsiyyət bacarığı;
-Ms. Office proqramları, Excel əla səviyyədə;
-Məsuliyyətli, dəqiq və işinin vaxtında, keyfiyyətli təhvil verilməsi bacarığı;
-Müstəqil və ya komanda daxilində işləmək bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini mövzu yerinə Smeta Mühəndisi yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 8 saat, 27 dəq
- 10 saat, 5 dəq
- 1 gün, 11 saat, 24 dəq
- 1 gün, 15 saat, 21 dəq
-
1 gün, 15 saat, 55 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?