Vakansiya: SƏTƏM və Keyfiyyətə nəzarət mühəndisi tələb olunur

Mühəndis

SƏTƏM menecer


İşəgötürən: AzNet Development

Vakansiya: SƏTƏM və Keyfiyyətə nəzarət mühəndisi

Son tarix: 08 iyul 2022

Vəzifə öhdəliyi:

-Şirkətdə Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;

-Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək;

-İş şəraitində riskləri qiymətləndirmək və ona uyğun tədbirlər planını hazırlamaq;

-Sahədə mütamadi yoxlamalar apararaq nöqsan və qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək, onların aradan qaldırılması üzrə müvafiq prosedurlar hazırlayaraq tətbiq etmək;

-SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;

-Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin etmək;

-Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;

-İş prosesində hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;

-Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət etmək ;-

-İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;

-Sahədə aparılan işləri “İş icazəsinə” əsasən tətbiq etmək;

-Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılmasını təşkil etmək;

-Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımlar atmaq;

-İş şəraitinin, avadanlıqların və fəaliyyətin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;

-SƏTƏM üzrə KPİ sistemini hazırlanmasında və tətbiqinə iştirak etmək;

-Tabeçiliyində olan şöbə əməkdaşlarını düzgün idarə etmək, onlar arasında tapşırıqları bölüşdürmək, fəaliyyətlərinə nəzarət edərək qiymətləndirmək, SƏTƏM üzrə illik məqsəd və hədəflərə çatmaq üçün lazəmə tədbirlər planını hazırlamaq.

Nəyi bilməlidir:

-Əməyin təşkilinin əsaslarını;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını;

-İSO 9001:2015, İSO 45001-2018 standartının əsaslarını;

-SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasını;

-Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını;

-Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını;

-Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.

Nəyi bacarmalıdır:

-Yüksək davranış və ünsiyyəti;

-Düzgün təhliletmə və qərarverməni;

-Məsuliyyəti üzərinə götürmə və problemi həlletməni;

-Detallara diqqət yetirmə;

-Çeviklik.

Xüsusi tələblər:

-Texniki sahə üzrə ali təhsil;

-Beynəlxalq sertifikatın (IOSH və ya NEBOSH) olması;

-Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;

-Səliqəli xarici görünüş;

-Sağlamlığında məhdudiyyətin olmaması və yaxşı fiziki hazırlıq;

-Gələcəkdə Lazım olarsa Ezamiyyələrə hazır olmaq;

-Vaxtaşırı rotasiya;

Gözlənilən davranışlar:

-Nizam-intizamlı;

-Stresə qalib gəlmə;

-Tələbetmə və yönləndirmə;

-Komandada işləmə və düzgün idarəetmə.

İş şəraiti:

-İş qrafiki: 6 günlük;

-AR ƏM -nə müvafiq sənədləşmə;

-Korporativ nömrə ilə təmin edilmə;

-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun (1000 – 1500 man) təyin olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlər [email protected] elektron poçtuna mövzu yerində “SƏTƏM üzrə mühəndis və keyfiyyətə nəzarət ” qeyd etməklə yalnız azərbaycan dilində CV (əcnəbi dildə tərtib olunmuş CV-lərə baxılmayacaq) göndərə bilərlər

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]