Vakansiya: Mühəndis smetaçı tələb olunur

İşəgötürən: Improtex Industries
Vakansiya: Mühəndis smetaçı
Son tarix: 06 avqust 2022
Vəziə öhdəlikləri:
-Layihə sənədlərinə uyğun ümumi metal konstruksiyaları və üst qurularının layihə smeta sənədlərinin tərtibatı;
-Metal konstruksiyalar və üst qurularının istehsal işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarının analizi və smeta sənədini hazırlanması;
-Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
-Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılması və nəticələrlə bağlı arayışın tərtib edilməsi;
-Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
-Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
-Smeta qiymətləri üzrə arayışların tərtib edilməsi
-Layihənin smetada qeyd olunan hesablamalara uyğun gedib gedilməməsinə nəzarət və vaxt aşırı rəhbərliyi məlumatlandırmaq.
Namizədə tələblər:
-Ali texniki təhsil (mühəndislik üzrə)
-Kompyüter bilikləri: MS Office, AutoCad, Tekla, Solidworks, 1C:müəssisə
-Analitik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti
-Müvafiq sahədə 3 il iş təcrübəsi
Əlavə məlumat:
Əmək haqqı: 1000-1800 AZN
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə ” Mühəndis Smetaçı” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 28 dəq
-
2 ay, 3 gün, 9 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 17 saat, 57 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 47 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 50 dəq