Vakansiya: Korporativ satış və texniki xidmət şöbəsinin rəhbəri tələb olunur (Avtomobil servisi bölməsi)

İşəgötürən: Performance Center Co
Vakansiya: Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri (Avtomobil servisi bölməsi)
Son tarix: 05 sentyabr 2022
İş haqqında məlumat:
-Tabeçiliyində olan mütəxəssislərin işini koordinasiya etmək, onların fəaliyyətinə və iş planının icrasına nəzarət etmək;
-Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Şirkətin avtomobil servisi bölməsinin ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
-Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
-Bazarın təhlili,araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
-İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
-Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
-Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
-Ümumi fəaliyyətə dair İdarə Heyətinə hesabatların verilməsi;
-Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
-Avtomobil Servisi bölməsində Ehtiyat hissələrinin satışını və texniki xidmətləri stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi;
-Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil
-Yaş: 30-40
-Korporativ satışda rəhbərlik üzrə 2 il iş təcrübəsi
-İdarəetmə bacarığına malik olmalı
-Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
-Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
-Təqdimat bacarığının olması
-Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
-Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
-Həftədə 5 iş günü, saat 09:00-18:00
-Əmək haqqı: 2000-2300AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 37 dəq
-
1 ay, 3 həftə, 1 gün, 6 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 14 saat, 6 dəq
- 2 ay, 13 saat, 56 dəq
- 2 ay, 13 saat, 59 dəq