Vakansiya: Kiçik mühasib tələb olunur

İşəgötürən: Financial Chain Corporation LLC
Vakansiya: Kiçik Mühasib
Son tarix: 18 noyabr 2022
Öhdəliklər:
-Ödəniş tapşırıqlarının tərtib edilməsi
-Pul vəsaitlərinin vaxtında və düzgün uçotunun aparılması, kassa mədaxil və məxaric orderlərin doldurulması, kassa və digər pul hesabatlarının hazırlanması. İlkin sənədlərin tərtib edilməsi və onların hərəkətinə nəzarət etmək
-Hesab və elektron qaimə-fakturalarının göndərilməsi
-Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi
-Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
-Debitor və kreditorlarla üzləşmələrin aparılması
-1 C 8.3 proqramında mühasibat müxabirləşmələrinin işlənməsi
-Vergilər Nazirliyi Onlayn karguzarlıq sistemi ilə işlənməsi, gündəlik VN tərəfindən göndərilmiş məktubların, bildirişlərin müvafiq şöbələr üzrə ayrılması və təqdim olunması;
Əlavə tələblər:
-Azərbaycan dili – mükəmməl
-Rus dili – yüksək səviyyədə
-İngilis dili – orta səviyyədə
Əmək haqqı: 800 AZN
İş qrafiki: 08:45-17:45 (5/2)
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 gün, 18 saat, 5 dəq
- 5 gün, 17 saat, 55 dəq
- 5 gün, 17 saat, 58 dəq
- 6 gün, 11 saat, 13 dəq
- 6 gün, 11 saat, 55 dəq