Vakansiya: Kiçik mühasib/mühasib tələb olunur

İşəgötürən: BSC Consulting & Outsourcing Company
Vakansiya: Kiçik mühasib/Mühasib
Son tarix: 30 iyul 2022
Namizədə dair tələblər:
-İxtisas üzrə azı 1 il iş təcrübəsi
-Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
-Konfidensiallığı qoruyub saxlamaq bacarığı
-Vergi Məcəlləsi ilə bağlı ilkin anlayışlar
-MS Office, BTP, 1C 8.3 proqramında işləmək bacarığı
-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
-Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq
İş barədə məlumat:
-Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
-Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
-1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
-Mal-materialların qəbulu, silinməsinin tam uçotu
-Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
-Debitor və kreditorlarla üzləşmələrin aparılması
-Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
-Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
-Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
İş şəraiti:
-AR ƏM əsasən rəsmiləşmə
-Əmək haqqı: 500 AZN
-İş rejimi: 6 günlük iş qrafiki
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kiçik mühasib/Mühasib” yazaraq 01.08.2022- ci il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 59 dəq
-
1 ay, 3 həftə, 2 gün, 11 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 19 saat, 28 dəq
- 2 ay, 1 gün, 19 saat, 18 dəq
- 2 ay, 1 gün, 19 saat, 21 dəq