Vakansiya: İnşaat mühəndisi tələb olunur

İşəgötürən: ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi
Vakansiya: İnşaat mühəndisi
Son tarix: 25 aprel 2023
Tələb olunan peşə-ixtisas səviyyəsi:
-Müvafiq sahədə ali təhsil;
-Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
-İnşaat quraşdırma və təmir işləri( konstruksiya, tamamlama işləri, mexanika və elektrik işləri) ilə bağlı podratçı şirkətlər tərəfindən verilən qiymət təkliflərinin analiz edilməsi, əsaslandırılması və təsdiq edilməsi;İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
-İnşaat materiallarının qiymətlərinin bazar qiymətlərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
-İnşaat quraşdırma və təmir işlərinin smetasının optimal şəkildə tərtib edilməsi;
-Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılıb, təsdiq edilməsi;
-Nəzərdə tutlan inşaat quraşdırma və təmir işləri ilə bağlı səmərəli təkliflərin irəli sürülməsi;
-İşin texniki və iqtisadi tərəfdən əsaslandırılması;
-Analitik düşünmə qabiliyyətinə malik olmalı, səliqəli ,diqqətli ,rəqəmlərlə sərbəst işləmək bacarığına malik omalı;
-Avtocad, Microsoft Office;
-Tikinti və quraşdırma işlərinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
-Keyfiyyətlə idarəetmənin işlənməsində, təkmilləşdirilməsində və tətbiqində, keyfiyyət göstəricilərinin standartlarının və normativlərinin yaradılmasında iştirak etmək və onlara riayət olunmasına nəzarət etmək;
-Tikintinin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanmasında və tətbiqində iştirak etməyi;
-Uçot aparmağı və məhsulun keyfiyyətinin idarə olunması üzrə təşkilatın fəaliyyəti haqqında hesabat tərtib etməyi;
-İnşaat işlərinin yerinə yetirilməsi mərhələlərində əldə edilən bütün məlumatları, istehsalı xarakterizə edən keyfiyyət göstəricilərini analiz edir və qəbul edilmiş qaydalara uyğun olmayan işlərin aparılmasına yol verməyir;
-Aparılmış Dövlət nəzarət işlərinin nəticələri əsasında lazımi tədbirlər görür və həyata keçirir;
-Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
-Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
6 saat, 16 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 6 saat, 18 dəq
- 6 saat, 20 dəq
-
6 saat, 22 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib
- 6 saat, 24 dəq