Vakansiya: Daxili daşımalar departamentinin direktoru tələb olunur

Direktor/Sədr


İşəgötürən: Abşeron Logistika Mərkəzi

Vakansiya: Daxili daşımalar departamentinin direktoru

Son tarix: 01 iyul 2022

Ümumi vəzifə öhdəlikləri:

-Müştərilərdən daxili daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;

-Daxili yük daşınma bazarını mütəmadi təhlil etmək, müvafiq təkliflər hazırlamaq;

-Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;

-Yeni müştərilər cəlb etmək;

-Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;

-Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;

-Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;

-Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək;

-Potensial və mövcud müştərilərin yük hərəkətini  təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;

-Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;

-Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;

-Daşımalar üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;

-Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

-İşçi heyətini idarə etmək, iş bölgüsünü aparmaq, hədəfləri müəyyənləşdirmək, icrasına nəzarəti və qiymətləndirliməsini təmin etmək.

Namizədə qarşı tələblər:

-Ali təhsil;

-İdarəetmə sahəsində 10 il, o cümlədən daxili daşıma sahəsində 5 illik iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dili yaxşi səviyyədə;

-Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;

-Peşəkarlıq tələbləri: 

-Heyəti idarəetmə bacarığı;

-Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;

-Müştərini dinləmək və inandırmaq bacarığı;

-Təqdimat bacarığı;

-Prosesləri qurmaq və idarəçilik bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 iyun 2022-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili daşımalar departamentinin direktoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]