Vakanisya: texniki istehsalat departamentinin mühəndisi tələb olunur

İşəgötürən: SMTS
Vakanisya: Texniki İstehsalat Departamentinin Mühəndisi
Son tarix: 12 may 2022
Vəzifə öhdəlikləri:
-Layihələrin incələnməsi və iş həcmlərinin hesabalaması.
-Smetaların tərtibi.
-Layihə həllərinin verilməsi və Layihələndirmə işləri ilə bağlı texniki tapşırıqların hazırlanması.
-Texniki hesabatların hazırlanması.
-Material hesabatlarının hazırlanması.
Namizədə olan tələblər:
-İnşaat sahəsində Ali təhsil (İnşaat mühəndisi).
-Texniki İstehsalat Departamentində (Şöbəsində ) ən az 3 il iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
-Microsoft Office (Excel və Word) proqramlarını mükəmməl, AutoCad proqramında orta səviyyədə işləmək bacarığı və sürətli hesabat hazırlama qabiliyyətinə malik olmalı.
-Azərbaycan dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək).
-Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli.
-Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli.
-Komandada işləmək bacarığına sahib olmalı.
-Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarığı olmalı.
Digər tələb və şərtlər:
-Yaş həddi: 30-50
-Əmək haqqı 1800 – 2200 AZN ( təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
-İş rejimi: 5 günlük iş həftəsi
-Nahar şirkət tərəfindən verilir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi”yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
7 saat, 51 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 7 saat, 53 dəq
- 7 saat, 55 dəq
- 7 saat, 57 dəq
- 7 saat, 59 dəq