UNICO smeta və xərclərə nəzarət üzrə aparıcı mühəndis axtarır

İşəgötürən: UNICO
Vakansiya: Smeta və xərclərə nəzarət üzrə aparıcı mühəndis
Son tarix: 30 iyul 2022
Vəzifə öhdəlikləri:
-Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, daxili tamamlama, fasad, landşaft vb);
-MEP sahəsinə aid iş həcmlərin analizini yerinə yetirmək;
-Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
-Layhəyə əsasən iş həcmlərinin çıxarılması;
-Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
-Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
-Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
-Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsini etmək;
-Layihəyə dair aylıq texniki hesabatların hazırlanmasınə etmək (Forma 2, Forma 3, Xərc analizi);
-Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılmasını etmək;
-Sahələrdən gələn texniki hesabatların yoxlanmasını etmək;
-Layihədəki büdcə risklərin analizini etmək;
Tələblər:
-Mühəndis / memar ixtisası üzrə ali təhsil;
-Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
-Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
-Dil bilikləri: Azərbaycan, İngilis və Rus;
-Komputer bilikləri: Excel və AutoCAD proqramları üstün səvviyyədə;
-İşə məhsuliyyətli yanaşmaq;
-Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində ” Smeta və xərclərə nəzarət üzrə aparıcı mühəndis” yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 16 saat, 41 dəq
-
1 ay, 3 həftə, 2 gün, 12 saat, 12 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 20 saat, 10 dəq
- 2 ay, 1 gün, 20 saat
- 2 ay, 1 gün, 20 saat, 3 dəq