Topoqraf tələb olunur – 1000 manat maaş
İşəgötürən: Makro 2000
Vakansiya: Topoqraf
Son tarix: 17 may 2022
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
İnşaat obyektində yerinə yetiriləcək kompleks geodeziya işləri.
Layihələndirmə mərhələsi:
-Topo-Plan (xəritə) tərtib olunması;
-Geodeziya istinad şəbəkəsinin qurulması.
Mobilizasiya mərhələsi:
-Geodeziya istinad şəbəkəsinin qurulması ( inşaat üçün sıxlaşdırılması );
-Bina və qurğuların əsas inşaat oxlarının bölgü və nişanlanması;
-Katlavanın konturlarının bölgü və nişanlanması;
-Ərazində mühəndis hazırlıq işləri ( planirovka, yeraltı kommunikasiyalar və müvəqqəti yolların çəkilməsi və s. )
İnşaat mərhələsi:
-Bina və qurğuların əsas inşaat oxlarının, onların konstruktiv elementlərin bölgü və nişanlanması;
-Bina və qurğuların, mühəndis kommunikasiyaların yer-altı və yer üstü hissələrinin tikinti-quraşdıma işlərində xətti personala geodezik dəstəyin təmin edilməsi;
-İnşaası başa çatmış elementlərin icra edici sxem və sənədlərinin tərtib oluması.
İnşaatın son mərhələsi:
-İnşaat prosesində yerinə yetirilmiş geodeziya işlərinin nəticələri barədə texniki hesabatın tərtibi və təhvil verilməsi;
-İcra edici Topoqrafik Baş-planın, icra , pofil və kəsiklərin tərtib olunması.
Tələblər:
-Təhsil : Natamam ali
-İş təcrübəsi : 3 ildən artıq
-İş yeri : Kəlbəcər rayonu
-Gecələmək və qidalanma şirkət tərəfindən qarşılanır
Əmək haqqı: 900 – 1000 Azn ( müsahibə əsasında dəyişə bilər )
-Yaş : 30 – 50
-Cins : Kişi
Namizədə dair tələblər:
-Təhsil: İnşaat layihələrində ən azı 3 il təcrübə;
-Müvafiq normativ-texniki sənədlərin tələblərini bilməli;
-Geodeziya avadanlıqları, onların istismarı və saxlanma qaydalarını;
-Geodeziya işlərinin təşkili və texnologiyasını;
-İnşaat və geodeziya xətalarını (toleranslarını) təyin etməli;
-Microsoft office, AutoCad və s. soft proqram bilikləri.
-Göstərilən tələblərə cavab verən Şəxslər Mövzu hissəsində “Topoqraf” yazaraq öz CV-lərini [email protected] e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
2 gün, 6 saat, 25 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 5 saat, 17 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 5 saat, 51 dəq
- 4 gün, 23 saat, 57 dəq
- 5 gün, 19 saat, 11 dəq