Tikinti işləri üzrə “İş icraçısı” tələb olunur

İş elanını dərc edən – “Terrastruc” MMC
Vakansiya-İş icraçısı
Şəhər- Bakı
Yaş- 30 – 50 yaş
Təhsil- Ali
İş təcrübəsi- 3 ildən 5 ilə qədər
Elanın bitmə tarixi -Aprel 09, 2023
Əlaqədar şəxs -İR şöbəsi
Telefon
(012) 514-24-43
(050) 289-09-96
E-mail- [email protected]
İş barədə məlumat
– Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq
– Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
– Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək
– Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək
– Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək
– İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək
– İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq
– Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq
– Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək
Namizədə tələblər
– Ali təhsilli (inşaat mühəndisi)
– Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli
– Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli
– Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli
– Layihələri oxumağı və təhlil etməyi bilməli
– Azərbaycan və rus dillərini bilməli (ingilis dilini bilənlərə üstünlük verilir)
– Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalı
– MS Office ( Word, Excell), Auto Cad və 3D Max proqramlarında işləməyi bilməli
– Yaş həddi 30-50
– Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı
Namizədin şəxsi keyfiyyətləri:
– Fikrini izah etmək qabiliyyəti
– Ezamiyyə imkanları
– Ünsiyyət yaratmaq bacarığı
– İşə planlı yanaşması
– Fəal olması və komandada işləmək bacarığı
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İş icraçısı” Mövzu bölməsində göstərin
İş yeri: Bakı, Azərbaycan, Sea Breeze ərazisi
İş qrafiki: Həftədə 6 gün
İşə başlama tarixi: Təcili
Vakansiyalar
-
2 gün, 10 saat, 31 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 13 saat, 30 dəq
-
2 gün, 13 saat, 31 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 13 saat, 34 dəq
- 2 gün, 13 saat, 36 dəq