Tekstil fabrikinə “Mühasib köməkçisi” tələb olunur

Bakı Tekstil Fabriki “Mühasib köməkçisi” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
– Alış və satış zamanı sənədləşmələrin (müqavilə, təhvil-təslim aktları, hesab faktura, E-qaimə fakturanın hazırlanması, göndərilməsi,dəyişdirilməsi və s.
– Əsas vəsaitlər və digər ehtiyatların düzgün sənədləşdirilməsi və sistemə işlənilməsi
– Debitor ve kreditor hesablarla mütəmadi üzləşmələrin aparılması və onlara nəzarət edilməsi,müəssisədə olan digər öhdəliklərin çıxarılması (vergi,dsmf və s.)
– İnventerizasiyada aktiv iştirak etmək
– Rəhbərlik, Baş mühasib tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və s.
Namizədə tələblər:
– Ali təhsil
– Müvafiq sahə üzrə azı 1 il təcrübə
– Operativ işləmək bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Uyğun namizədlərdən mövzu hissəsinə “Mühasib köməkçisi” yazmaqla [email protected] elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 6 saat, 36 dəq
- 2 gün, 6 saat, 39 dəq
- 2 gün, 23 saat, 54 dəq
- 3 gün, 36 dəq
- 3 gün, 38 dəq