“STP Global Cable” sınaqçı mühəndis axtarır

Mühəndis


“STP Global Cable” MMC, Keyfiyyət təminatı bölməsi, elektrik avadanlıqları sınaq laboratoriyası üzrə  Sınaqçı mühəndis vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Tələblər:

– Ali texniki təhsil (mühəndis);

– Sahə üzrə minimum 3 il iş təcrübəsi;

–  MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

– Azərbaycan dilini sərbəst, ingilis yaxşı səviyyədə bilməli;

–  Yerli və beynəlxalq standartlar haqqında məlumatlılıq;

–  İşgüzar və məsuliyyətli olmalı;

– Sahə üzrə sertifikatların olması arzuolunandır.

Hansı işləri görəcəksiniz:

–   İstehsal edilən elektrik avadanlıqlarının cizgilərə və texniki tələblərə uyğunluğunun yoxlanılması;

– Yüksək gərginlikli açarların əlaqələrinin yerinə yetirilməsinə nəzarət;

– Ayırıcı kontaktların düzgün işləməsinə nəzarət;

– Yüksək gərginlikli açarların və yük açarlarının zaman və sürət xarakteristikalarına nəzarət;

–  Yüksək gərginlikli avadanlıqların cərəyan keçiricilərinin işinə nəzarət;

–  Mexaniki bloklayıcıların sınaqlarının həyata keçirilməsi;

– Yüksək gərginlikli avadanlıqların mexaniki sınaqlarının keçirilməsi;

–  Yaranan uyğunsuzluqların səbəblərinin araşdırılması, onların təkrarlanmamsı üçün lazımi tədbirlərin görülməsinə dəstəyin verilməsi;

–  Elektrik avadanlıqların komplektliliyinə nəzarət;

– Kabel kanallarının elektrik sınaqlarının həyata keçirilməsi;

–  Sınaq zamanı keyfiyyət və SƏTƏM risklərini nəzərə alınması;

–  Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

–   Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;

–   Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

– Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;

– Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;

– Tibbi sığorta mövcuddur;

– İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;

–  İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sınaqçı mühəndis” yazaraq 10.07.2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]