SMTS SƏTƏM mühəndisi axtarır

İşəgötürən: SMTS
Vakansiya: SƏTƏM Mühəndisi
Son tarix: 30 sentyabr 2022
Tələb olunan iş Bacarığı:
-ISO 45001-2018 və ISO 14001-2015 tələblərinə uyğun Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq.
-ISO 45001 və ISO 14001 üzrə auditin aparılmasında sənədlərlə işləməyi bacarmalı.
-Tikinti Quraşdırma İşlərində Risklərin qiymətləndirilməsi bacarığına malik olmaq.
-Tikinti Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirlməsi üçün İş metodunda tətbiq etmək bacarığı.
-Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli.
-İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
-İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
-Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
-Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
-Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
-Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
-Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
-Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
-İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
-İşçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılmasının təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
-İstənilən ziddiyyətli məsələləri müəyyən edib yoluna qoymaq üçün problemi həll etmə bacarıqları;
-Bir metodologiyanın digərindən üstün faydalarını təhlil etmək üçün təhlil bacarıqları;
-Müəssisə prosedurlarını, təlimatlarını, texniki sənədlərini və əlaqəli sənədləri oxuyub şərh etmək;
-Potensial təhlükələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və səmərəlilik dərəcəsini müəyyən etmək;
-Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqlar;
-Nəticələrə nəzarət etmək və işin keyfiyyətini qiymətləndirmək.
Tələb olunan təhsil və biliklər:
-Ali təhsil (Texniki)
-SƏTƏM Mühəndisi olaraq inşaat sektorunda ISO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
-Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
-Sertifikatları (IOSH, FHN, HITRA, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi və s.)
-İT bilikləri -Microsoft Office
-Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə metodiki materialları;
-SƏTƏM siyasəti və hədəfləri;
-Ətraf mühitin mühafizəsi üzrə qabaqcıl yerli və xarici təcrübə;
-ISO 45001-2018, OHSAS 18001 standartları və ISO 14001 standartları;
-İnfrastruktur tikinti layihələrində beynəlxalq təhlükəsizlik normaları və nəzarət tədbirləri;
-Potensial təhlükələrin qarşısının alınması üçün görülən əsas qabaqlayıcı tədbirlər;
-İstehsalat sanitariyası;
-Elektrik, qaz təhlükəsizliyi tədbirləri və fövqəladə hallar zamanı təhlükəsizlik;
-Torpağın, suyun və havanın çirklənməsinin qarşısının alınması tədbirləri;
-İş əsaslı streslərin idarəolunması qaydaları;
-SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi barəsində hesabatın tərtib edilməsi qaydası;
-FHN-nin yanğınla mübarizə ilə bağlı qayda və prosedurları (fərman və sərəncamlar);
-İlkin tibbi yardım qaydaları;
-SƏTƏM qayda və prosedurları.
-İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
Digər tələb və şərtlər:
-Yaş həddi: 25-45
-Əmək haqqı 1200-1700 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
-İş rejimi: 6 günlük iş həftəsi
-İş yeri: Bakı şəhəri (rayonlara ezam oluna bilər)
-Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “SƏTƏM Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 7 saat, 6 dəq
-
2 ay, 4 gün, 2 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 10 saat, 35 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 25 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 28 dəq