“Smeta qrupunun rəhbəri” tələb olunur

Direktor/Sədr

vakansiya is


Şirkət: “AS İnşaat” MMC

Vakansiya – Smeta qrupunun rəhbəri”
Struktur vahidinin adı: Smeta şöbəsi
Vakansiyanın adı: Smeta qrupunun rəhbəri
 
Yerinə yetirəcəyi işlər
– Maliyyə-smeta sənədlərini hazırlayır;
-Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
-Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
-Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
-Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
-Tikinti- quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak edir;
-Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
-Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
-Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
-Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
-Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
– İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
 
Tələblər
-Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
-Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
-Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
-heyətin idarəedilməsi ilə bağlı səriştələr
Ali təhsil (müvafiq sahə üzrə)
Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
Microsoft Office (yaxşı), 1C, Auto CAD
İş şəraiti
İş rejimi: 5 günlük, 09:00-18:00
İşçi nahar, telefon danışığı və işə gəlib getmək üçün servislə təmin edilir.
CV üçün e-mail : [email protected] (“Smeta qrupunun rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur)

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]