Şirkətə yol mühəndisi tələb olunur

İşəgötürən: MSDIS Holding
Vakansiya: Yol mühəndisi (yol tikinti)
Son tarix: 03 may 2022
Vəzifə öhdəlikləri:
-Yol işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
-Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
-Sahədə görülən tikinti işlərinə bilavasitə nəzarət etmək və işlərin vaxtında təhvil verilməsinə məsuliyyət və cavabdehlik daşımaq;
-Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
-Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
-Rəhbərliyə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
-Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
-Layihələndirmədən öncə layihələrin icra olunduğu sahəyə yerində baxışını təmik etmək;
-Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq;
-İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
-Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi və s.
Tələblər:
-Qeyd olunan sahə üzrə ali təhsil;
-Ən azı 5 il iş təcrübəsi;
-Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
-MS office proqramlarında işləmə bacarığı;
-Layihəçəkmə və planlaşdırma bacarığı;
-Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı.
İş şəraiti:
-İş qrafiki: 6 günlük iş həftəsi;
-Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
-ARƏM əsasən işə qəbul;
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Yol mühəndisi” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 9 saat, 15 dəq
-
1 ay, 3 həftə, 6 gün, 4 saat, 46 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 12 saat, 44 dəq
- 2 ay, 4 gün, 12 saat, 34 dəq
- 2 ay, 4 gün, 12 saat, 37 dəq