Şirkət inşaat mühəndisi axtarır
İşəgötürən: El – Seym İnşaat QSC
Vakansiya: İnşaat mühəndisi
Son tarix: 08 may 2022
Vakansiya haqqında:
-İş yeri: Bakı və rayonlar
-Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
-Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
-Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
-Problemlərə dərhal müdaxilə edərək aradan qaldırmaq, dəyişiklikləri birbaşa rəhbərliyi ilə planlaşdırmaq və idarə etmək;
-Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək;
-Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək;
-Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;
-Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirmək;
-Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
-Müvafiq hüquqi və normativ standartları öyrənmək, nəzərdən keçirmək və onlara riayət etmək;
-Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halları və problemləri həll etmək;
-Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyinə təqdim etmək.
Təhsil və iş təcrübəsi:
-Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
-Minimum 5 il inşaat sahəsi üzrə iş təcrübə.
Bacarıq və səriştələr:
-Ünsiyyət və təşkilati bacarıq;
-Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
-Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);-Digər dillər əlavə üstünlük hesab olunur.
-Dəqiq texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər;
-Biznes və təşkilati planlaşdırma, əlaqələndirmə və icra işləri ilə bağlı prinsip və proseslər barədə biliklər (strateji planlaşdırma, resursların bölüşdürülməsi, işçi qüvvəsinin modelləşdirilməsi, liderlik texnikası və istehsal metodları);
-Autocad, Ms. Office programları, Excell, Autocad əla səviyyədə.
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “İnşaat mühəndisi” qeyd etməyi unutmayın.
Vakansiyalar
-
14 saat, 52 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 21 saat, 9 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
6 gün, 2 saat, 58 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 1 gün, 1 saat, 50 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 1 gün, 2 saat, 24 dəq