Şirkət avans hesabatı üzrə mühasib axtarır

Mühasib


Işəgötürən: Superfon

Vakansiya: Avans Hesabatı Üzrə Mühasib

Son tarix: 01 may 2022

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)

Vəzifə öhdəlikləri:

-Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığının kassaya qaytarılmasına nəzarət;

-Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;

-Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin  (NKA çekləri, qaimə-fakturalar, biletlər, qəbzlər və s.). təhvil alınması;

-Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim etmək;

-Müvafiq əməliyyatları 1C proqramına daxil etmək;

Tələblər:

-Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);

-1C 8.3 və LOGO TİGER 3 proqramında sərbəst işləməyi bacarmaq;

-Analitik təhlil etmə qabiliyyəti;

-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.

Təminatlar:

-Nahar ilə təmin edilmə;

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

-Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Avans Hesabatı Üzrə Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 30.04.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]