Şirkətə baş maliyyəçi tələb olunur

İşəgötürən: ArchiCO
Vakansiya: Baş maliyyəçi
Son tarix: 01 may 2022
Vəzifə öhdəlikləri:
-Maliyyə hesabatlarının tərtib edilməsi
-Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
-Aylıq və rüblük hesabatların tərtib edilməsi;
-Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının, ƏDV hesabatının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
-Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyanın hesablanması;
-Balans, avans hesabatının aparılmasının təmin edilməsi;
-Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
-Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
-İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi
Namizədə dair digər tələblər:
-Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
-Tikinti mühasibatlığında 5 ildən, müvafiq sahədə 15 ildən az olmayan iş təcrübəsi;
-Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
-MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;
-Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
-Vergi Məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
-Elektron hökümət portalı ilə işləmə qabiliyyəti.
Əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq.
CV və tövsiyyə məktublarınızı ünvanına “baş maliyyəçi ” başlığı ilə göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 6 saat, 19 dəq
- 6 saat, 24 dəq
- 6 saat, 27 dəq
- 6 saat, 31 dəq
- 6 saat, 38 dəq