“Abşeron Taxıl”a maliyyə nəzarətçisi tələb olunur

Maliyyəçi

vakansiya maliyye


İşəgötürən – GP Stock Feed

Vakansiya – Maliyyə nəzarətçisi

 Elanın bitmə tarixi – 10.11.2022

Vəzifə öhdəlikləri:

-Günlük əsasda işlənən əməliyyatlarının yoxlanılması, müvafiq məlumatlarla üzləşdirilməsi,

-Ay bağlanılması prosesində anbar, satış, alış, və digər əməliyyatların sistemə düzgün işlənilməsinin yoxlanılması,

-1C ERP proqram təminatında əməliyyatlarının optimallaşdırılması və ay bağlanışı prosesinə nəzarət,

-Şirkət rəhbərliyinə təqdim olunan gündəlik satış və istehsal yönümlü hesabatların hazırlanması,

-Debitor və kreditor borcların yaşlandırılması hesabatının hazırlanması (gündəlik, aylıq),

-Müvafiq ehtiyatların hesablanması (istifadə edilməmiş məzuniyyət, debitor borcları üzrə ehtiyat, vaxtı keçmiş mal-material və s.),

-Rəhbərlik və Qrup səviyyəsində aylıq, rüblük və illik maliyyə, satış və istehsal yönümlü hesabatların hazırlanması,

-İllik MHBS hesabatının və qeydlərin hazırlanması və kənar auditorların sorğularının cavablandırılması,

-Daxili audit, bank və digər orqanların sorğularının kordinasiya edilməsi,

-Müəssisəsinin illik büdcə proqnozlaşdırılması, hesabatların hazırlanması və aylıq müqayisəli analizlərin aparılması,

-Qrup-daxili şirkətlərlə üzləşmələrin həyata keçirilməsi, debitor və kreditorlarla aparılan üzləşmə proseslərin gedişatı barədə həftəlik məlumat hazırlanması,

-Maliyyə şöbəsinin fəaliyyətində tətbiq olunan qayda və prosedurların hazırlanmasında iştirak,

-Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması.

Tələblər:

-Maliyyə və ya Mühasibat uçotu üzrə ali təhsil,

-Müvafiq sahədə minimum 3 illik təcrübə,

-ACCA MA (F5) və FA (F7) imtahanlarını verməli,

-1C ERP proqramında iş təcrübəsi,

-Microsoft Ofis proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə),

-Operativ, problemlərin həllinə yönümlü və stresə davamlı.

 İş yeri: Abşeron r., Xirdalan şəhəri, Şamaxi Şossesi “Abşeron Taxıl” MMC-nin ofisi

 Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron [email protected] ünvanına, mövzu hissəsində vəzifənin adı “maliyyə nəzarətçisi” qeyd olunmaqla, göndərə bilərlər.

Şirkət haqqında
01 may 2014 cü ildən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin açılışını etdiyi Gilan Ağdaş Yem Fabriki “GP STOCK FEED” MMC adı altında fəaliyyətə başlayıb.
Ağdaş Yem Fabriki İribuynuzlu, xırdabuynuzlu və quş yemiləri üzrə 40 çeşiddən çox yem istehsalı və satışını həyata keçirməkdədir. İstehsal və satış mərkəzi Ağdaşda yerləşən fabrik ölkənin dördbir yanına satış şəbəkəsini yaratmaqla bərabər hal hazırda ölkə sərhədlərindən kənarda bir neçə xarici dövlətlərə də ixracat fəaliyyəti göstərir.
İstehsal zamanı istifadə olunan xammal məhsulları arpa, buğda, qarğıdalı, günəbaxan, pambıq çiyidi, soya yağı, soya şrotu həm yerli fermerlərdən, həmdə müəssisəmizə məxsus əkin sahələrindən tədarük edilir. Bunun üçün ölkənin bir çox kənd təsərrüfatı təyinatlı bölgələrindən sayılan Samux, Xızı, Cəlilabad, İmişli, Qobustan rayonlarında taxıl,qarğıdalı və günəbaxan əkin sahələri yaradılıb.İstehsal olunan malın böyük hissəsinin daxili bazarda satışı reallaşması ilə yanaşı, böyük quşçuluq təsərrüfatları, heyvandarlıq təsərrüfatlarıı, iri fermer təsərrüfatlarıı və ailə fermer təsərrüfatları təşkil edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]