“Bank of Baku” kassa üzrə kiçik ekspert

Maliyyəçi


Bank of Baku “Kassa bölməsi” üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəliklər

Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi

Mədaxil və məxaric sənədlərinin yoxlanılması

Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi

Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

Seçim meyarları

Ali iqtisadi təhsil

Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)

MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı

Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı

Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İş şərtləri

İş yeri: Bakı filialları

İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Kassa üzrə kiçik ekspert” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]