Balakən filialına “Kredit Yoxlanışı üzrə Kiçik İşçi” tələb olunur

Maliyyəçi

finca kredit


FINCA Azerbaijan Balakən filialı üçün “Kredit Yoxlanışı üzrə Kiçik İşçi”  vəzifəsi üzrə vakansiya elan edib.

İş yeri: Balakən

Vəzifə: Kredit Yoxlanışı üzrə Kiçik İşçi

Son müraciət tarixi: 16.11.2022

Rol haqqında

Kredit Yoxlanışı üzrə Kiçik İşçi, birbaşa rəhbərinin dəstəyi və  nəzarətilə  müştəri biznes və yaşayış ünvanına səfər edərək, təsdiq üçün təqdim olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd edilmiş məlumatların kreditvermədən öncə yoxlanışı üçün cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

-Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;

-Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan əmin olmaq;

-Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadə etmək imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;

-Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;

Namizəddən gözləntilərimiz

-Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili; Maliyyə/İqtisadiyyat və ya oxşar sahələr üzrə ixtisaslı namizədlərə üstünlük verilir;

-İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində müəyyən iş təcrübəsi

-MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;

-Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;

-Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;

-Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;

-Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

Texniki tələblər 

-Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması;

-Şirkətin təqdim etdiyi Güzəşt və Əsas İş Şəraiti bundan ibarətdir:

-İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 – 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.

-Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı

-Tibbi Sığorta (işçini əhatə edən)

-Yanacaq və Amortizasiya xərcləri

-Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar

-Peşəkar beynəlxalq iş mühiti

-Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 16 Noyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər nəzərə alınmaya bilər.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]