“Elmanado” fabrikasına işçilər tələb olunur

Maliyyəçi


“Elmanado” fabrikası “İnsan Resursları üzrə Mütəxəssis” və “Baş Maliyyəçi” vəzifələri üzrə vakansiya elan edib.

1.Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis

İş barədə məlumat :

– Şəxsi işin hazırlanması üçün tələb olunan sənədlərin toplanılması ;

– Paket sənədləri hazırlayıb ye qəbul olmuş işçilərə imzlatadırılması ;

– Elektron hökumət portalında ( EMAİS )əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi ;

– İşə qəbul haqda əmrin  hazırlanması ;

– Müvafiq qeydiyyat kitablarında və ya kompüterdə – əmək müqavilələrin və əmrlərin qeydiyyatını aparmaq  ;

– Əmək kitabçalarının yazılması və müvafiq  jurnalda qeydiyyatların aparılması;

– İSB elektron portalında zəruri əməliyatların vaxtında icra olunması  ;

– Əmək haqqı kartlarının sifariş verilməsi və əməkdaşlara təslim olunması ;

– Aylıq iş vaxtının uçot tabellərini  hazırlayaraq mühasibatlığa təhvil verilməsi ;

– Əmək haqqı , məzuniyyət haqqı , mükafatların , ezamiyyə xərclərin və son haqq-hesab ödənişlərinin hesablanması üçün Mühasibatlıq şöbəsilə əlaqəli şəkildə fəaliyyət  göstərib  lazımı məlumatların təqdim etməsi ;

– Digər əmrlərin tərtibatı və rəsmiləşdirilməsi (  işdən azad , ezamiyyət , məzuniyyət , tənbeh , başqa vəzifəyə keçirmə  ) ;

-İşçilər barədə məlumat bazasının yaradılması , yenilənməsi  və dəyişikliklərin daxil edilməsi ;

– Əmək məzuniyyətlərinin verilməsi qaydaları və məzuniyyətlərin verilməsi üçün növbəlilik cədvəllərinin tərtib edilməsi ;

– İşçilərin davamiyyətini gündəlik nəzarət etmək və şöbə müdirinə davamiyyət haqda məlumat vermək ;

– İş saatı 09:00-dan 18:00-dək, həftənin 6 günü ;

– Nahar şirkət tərəfindən qarşılanır ;

– Əmək  haqqı: 600 – 800 azn ( əmək haqqı namizədin bilik və bacarığına görə təyin olunacaq );

– Ünvan : Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən  “ ELMANADO “ Fabrikası

Namizədə tələblər :

– Cins : Xanım

– Yaş: 25-38

– Təhsili : Ali

-İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi

– Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər

-Elektron hökümət portalında sərbəst istifadə bacarığı

– Microsoft Word, Excell, 1C proqramları üzrə biliklər

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV lərinizi  [email protected]  ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.

2. Vakansiya: Baş maliyyəçi

İş barədə məlumat:

–   Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili.

–  Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət;

–  Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılması;

–   Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında əks etdirilməsi;

–   Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərinə təsviri;

–    Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;

–    Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;

– Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;

–   Nahar şirkət tərəfindən verilir

– İş qrafiki həftəlik 6 gün

–    Maaş : razılaşma yolui ilə 

–   Ünvan: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı.

Namizəd üçün tələblər:

–   İş təcrübəsi : 5 ildən yuxarı

–    Yaş həddi : 30 – 45 yaş arası .

–    Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil.

–   1C 8:3 proqramında işləmə bacarığı.

–    MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq.

–   Mühasibat uçotu, xəzinə əməliyyatları, maya dəyərinin uçotu və vergi qanunvericiliyi sahələrində biliyə sahib olmaq;

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV lərinizi [email protected]  ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]