Şirkətin maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı və ya böyük mütəxəssis tələb olunur
“STP-AH” MMC Maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı və ya böyük mütəxəssis vakansiyası elan edir.
Tələblər :
-Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
-Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
-Əlavə nəaliyyətlər (ACCA, CIMA və ya CFA) üstünlükdür;
-Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
– Azərbaycan, ingilis dilini bilməlidir, rus dili üstünlükdür;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
Hansı işləri görəcəksiniz :
– Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
– Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
– Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
– Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
– Maliyyə riskinin müəyyən edilməsi;
– Rəhbərlik tərəfindən müəyyən edilən hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatların hazırlanması;
– Aylıq maliyyə hesabatının bağlanılmasını həyata keçirilməsi;
– Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
-Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.
Əlavə məlumatlar :
-Əmək haqqı razılaşma əsasında;
– Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
– İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
– İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ aparıcı və ya böyük mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
“STP AH” Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmışdır. Metaləritmə zavodu.
Vakansiyalar
-
15 saat, 9 dəq
Mafia Casino für schnelle Spieler, die schnelle Runden und rasche Ergebnisse suchen
-
16 saat, 1 dəq
Betriviera Casino Mobile : guide complet pour les joueurs français
-
16 saat, 1 dəq
Betriviera casino bonus – comment vérifier votre compte rapidement
-
16 saat, 1 dəq
Casino en ligne Betriviera : guide complet des bonus et conditions de mise
-
16 saat, 7 dəq
LegionBet Casino en France – Guide complet : bonus, méthodes de paiement, retraits et sécurité