İqtisadçı tələb olunur

“AZAL” QSC iqtisadiyyat sahəsi üzrə vakansiyalar elan edib.
Vəzifə- İqtisadiyyat İdarəsi Statistika şöbəsinin iqtisadçısı/mütəxəssisi
Vəzifə öhdəlikləri:
– Statistik məlumatları vaxtında toplamaq, statistik hesabatları düzgün tərtib etmək və müəyyən olunmuş müddətdə aidiyyəti qurumlara təqdim etmək;
– Cəmiyyətin fəaliyyətinin nəticələrini proqnozlarla və keçmiş illərin müvafiq dövrləri ilə müqayisə etmək;
– Cəmiyyətin iqtisadi inkişafının uzunmüddətli (perspektiv) və cari proqnozlarının işlənib hazırlanmasında iştirak etmək;
– Cəmiyyətin bütün fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanmasında iştirak etmək;
– Statistik məlumatlar bazasını formalaşdırmaq və mütəmadi olaraq yenilənmək;
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
Namizədə olan tələblər:
– Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
– Analoji sahə üzrə minimum 2 il iş təcrübəsi;
– Dil bilikləri: azərbaycan dili – əla, ingilis dili – yaxşı;
– Kompüter bilikləri: excel-yaxşı, word-yaxşı, outlook –yaxşı, 1C-yaxşı.
Şəxsi keyfiyyətlər:
– Fikrini izah etmək qabiliyyəti;
– Komandada işləmək bacarığı;
– İşə planlı yanaşma;
– Analitik düşüncə və problemi operativ həll etmə qabiliyyəti;
– Öz üzərində daima çalışma.
Üstünlüklər:
– Rus dili biliyi;
– İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar;
İş rejimi:
-Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Qeyd: Ofis Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur.
Maraqlananlar CV fomalarını [email protected] elektron ünvanına göndərə bilər və ya azal.az səhifəsinə daxil olaraq onlayn müraciət edə bilərlər (mövzuda İqtisadiyyat İdarəsi Statistika şöbəsinin iqtisadçısı/mütəxəssisi qeyd edə bilərsiniz).
Vakansiyalar
- 4 gün, 3 saat, 15 dəq
- 4 gün, 8 saat, 56 dəq
- 4 gün, 9 saat
- 4 gün, 9 saat, 6 dəq
- 5 gün, 8 saat, 22 dəq