Banka “Kredit risklərinin qiymətləndirilməsi“ üzrə işçi tələb olunur

Bank of Baku ASC, Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı ekspert/baş ekspert vakansiyasını elan edir.
Əsas vəzifə və öhdəliklər
– Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
-Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi
– Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi prosesində iştirak
– Kredit risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlillərdə tətbiqi
-Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
Seçim meyarları
-Ali təhsil ( İqtisadiyyat, Texniki, Riyazi)
– Sahə üzrə 1 il və üzəri təcrübə ( və ya digər analitika sahələri ilə bağlı 2 il təcrübə)
– Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək (İngilis dili üstünlükdür)
-MS Ofis proqramlarında işləmək bacarığı
· -Modelləşdirmə üzrə praktiki bilgilər və statistika proqram bilikləri üstünlükdür
İş şərtləri
– İş yeri: İnzibati İdarə
– İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Kredit risklərinin qiymətləndirilməsi “ qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 11 dəq
- 6 saat, 18 dəq
- 6 saat, 22 dəq
- 6 saat, 25 dəq
- 6 saat, 32 dəq