“SƏTƏM üzrə Mühəndis” tələb olunur

İş elanını dərc edən – Norm OJSC
Vakansiya – SƏTƏM üzrə Mühəndis
İş yeri: Zavod ofisi
Tələblər:
-Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili
-SƏTƏM sahəsində 3-5 il iş təcrübəsi
-Əməyin Mühafizəsi , Sanitariya və Gigiyena ,Ətraf Mühit və Ekologiya ilə əlaqədar Yerli qanunvericiliyin və beynəlxalq standartlarla tələbləri barədə xəbərdar olmaq
-ISO 45001; ISO 9001; ISO 14001 standartları haqda biliklər
-Ən azı orta səviyyədə ingilis dili biliyi
-NVQ diplom, NEBOSH sertifikatının olması üstünlükdür
Tələb olunan kompetensiyalar:
-Müştəriyönümlülük
-Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
-Bütövlük
-Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
-Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi
-OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirlməsinin təmini
-Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
-Gündəlik yoxlamalarına aparılmasına nəzarət
-İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, və Bütün Qəza Təhqiqat Hesabatlarının bağlanması prosesini tamamlamaq və əldə olunmuş nəticələri Sətəm üzrə Müdirə təqdim etmək
-Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatlarını araşdırıb rəhbərliyə təqdim etmək
-Mülki Müdafiə üzrə təlimlərin, Mülki Müdafiə ilə əlaqəli sənədlərin hazırlanması və icrası
-Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi
-Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini
-Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət
-API Spec Q1, ISO 9001, OHSAS 18001 standartlarının tələblərinə cavab verən prosedur, təlimat, siyasət və formaların hazırlanması, tətbiqinin izlənilməsi və illik auditə hazırlıq
-Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması
-Şöbənin məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün SƏTƏM üzrə Müdirə və komandaya effektiv SƏTƏM siyasətlərinin, təlimatlarının və prosedurlarının planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsində dəstək olmaq
-Şirkət və 3-cü tərəflərə əməyin mühafizəsi,və təhlükəsizlik məsələlərinin bütün aspektlərində dəstək vermək.
-Təyin edilmiş SƏTƏM Mütəxəssislərinin iş öhdəlikləri baxımından öz vəzifələrini yerinə yetirmələrini və bütün podratçı SƏTƏM ilə eyni şəkildə əlaqə saxlamalarını təmin etmək
-Təhlükəsizliyə aid bütün proqramların/prosedurların və sistemlərin bütün şöbə və podratçı bölmələrdə həyata keçirilməsini təmin etmək
-Uyğunluğun təmin edilməsində birbaşa rəhbərə dəstək olmaq və biznes əməliyyatları sahələrində müntəzəm SƏTƏM auditini həyata keçirmək
-Şirkətin şöbə və podratçı bölmələr üzrə bütün işçiləri əhatə edən təhlükəli iş təcrübələrini düzəltmək üçün sistemləri əlaqələndirmək və tətbiq etmək
-Sağlamlıq və Əməyin təhlükəsizliyi qanunvericiliyi, uyğunluq məsələləri ilə birgə tətbiq edilən təşkilatı siyasət və təcrübələr ilə bağlı məsləhət və təlimat verməkdə dəstək göstərmək
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail adreszinə – [email protected].az göndərməyiniz xahiş olunur.
Vakansiyalar
-
2 gün, 11 saat, 8 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 14 saat, 7 dəq
-
2 gün, 14 saat, 8 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 14 saat, 11 dəq
- 2 gün, 14 saat, 13 dəq