SƏTƏM üzrə mühəndis tələb olunur (Göygöl)

İşəgötürən – Global Mining
Vəzifə – SƏTƏM üzrə mühəndis (Göygöl)
Vəzifə öhdəlikləri:
-İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
-İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
-İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
-İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
-Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
-Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirmək;
-Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi
-İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
-SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etmək;
-Şirkətdə Keyfiyyət Sisteminin qurulmasında iştirak etmək
Namizədə tələblər:
-Minimum 2 il uyğun sahədə iş təcrübəsi;
-Ali təhsil;
-FHN şəhadətnamə;
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-İşinə məsuliyyətli yanaşma;
-Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;
-Hesabatların hazırlanması və təqdim edilməsi;
-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzu olunandır)
-Kollektivdə işləmək bacarığı.
İş şəraiti:
-İş rejimi: 15/15
-Əmək haqqı: 1000-1200
-Servis (nəqliyyat)
-Yemək ilə şirkət tərəfdən təmin olunma
-AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə
İş ərazisi: Göygöl rayonu
Vakansiyanın adını qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz.
Elanın bitmə tarixi-14.01.2023
Şirkət haqqında
Global Mining MMC şirkəti 2014-cü ildə fəaliyyətinə başlayıb. Fəaliyyətinin ilk dövlərində təmir tikinti işləri, yol çəkilişləri, yeraltı infrastrukturun yenilənməsi layihələrin həyata keçirilməsi, yaşayış və qeyri-yaşayış binaların, körpülərin tikintisi və s. İşləri ilə məşğul olunmuşdur. Şirkətimiz fəaliyyət istiqamətlərimiz üzrə dövlət və qeyri dövlət qurum və təşkilatlarının layihələri uğurla, qeyd olunan müddətdə və təhlükəsiz şəkildə icra etmişdir.
Vakansiyalar
- 4 gün, 3 saat, 18 dəq
- 4 gün, 8 saat, 59 dəq
- 4 gün, 9 saat, 3 dəq
- 4 gün, 9 saat, 9 dəq
- 5 gün, 8 saat, 25 dəq