Sapphire Hotels Group xəzinədar axtarır
İşəgötürən: Sapphire Hotels Group
Vakansiya: Xəzinədar
Son tarix: 14 oktyabr 2022
Ümumi müddəalar:
-Hazırkı vəzifə təlimatı Xəzinədarın əmək funksiyaları, öhdəlikləri, hüquqları və ona qarşı tələbləri müəyyən edir.
-Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.
Əmək funksiyaları:
Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:
-Kassirlərin gündəlik yığımlarını toplayır,sayır və ilkin sənədləri ilə təhvil götürür.
-Yoxlama siyahılarının ikinci nüsxəsini qəbul və təsdiq edir, Gündəlik Hesabatına daxil edir və gündəlik daxilolmalara məktub vasitəsilə qəbul edilən çek və pul köçürmələrini daxil edir.
-Bank hesablarına gündəlik köçürmələri həyata keçirir.
-Gündəlik Hesabatı hazırlayır.
-Kassirləri lazımi miqdarda xırda pulla təmin edir, həftə sonları və bayram günlərində onlara əlavə xırda pul verir.
-Xərclədikləri məbləği kassirlərə geri ödəyir.
-Hər gün daxil olan nağd vəsaitləri sayır və bu vəsaitlərdən xərclənənlər barədə izahat verir.
-Kassalardan pul axışını qəfil təftişlə yoxlayır.
-Hesabatları yenidən nəzərdən keçirir və maliyyə mühasibatı sistemi ilə uzlaşdırır.
-Artıq və əskikləri gecə auditoru ilə birlikdə yoxlayır.
-Mehmanxananın müştəri qeydiyyatı şöbəsindən qəbul edilən zərfdəki məbləğin həmin şöbənin kassiri tərəfindən göstərilən məbləğdən fərqli olduğu hallar barədə Maliyyə Menecerinə dərhal məlumat verir.
-Əgər kassirlərin verdiyi zərf yırtılmış və ya açılmış olarsa, yuxarıdakı proses təkrarlanır.
-Maliyyə direktoruna saxta çeklər barədə dərhal məlumat verir.
-Seyfin ağzı açıq olarkən və ya pullar sayılarkən ofisin qapısının bağlı saxlanılmasını təmin edir.
-Gündəlik gəliri/nağd vəsaiti banka aparır.
-Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
-Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli.
-Təhlükəsizlik texnikasına aid treninqlərdə iştirak etməli,
-Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.
-İş yerini təmiz və səliqəli saxlayır.
-Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :
-“Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etmək.
-“Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
-İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
-Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
Əmək haqqı: 600 AZN
Müraciət etmək üçün:
Şəkilli CV-nizi [email protected] e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanı qeyd etməyə unutmayın.
Göstərilən vakansiyaya uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq!
Vakansiyalar
-
2 gün, 3 saat, 14 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 9 saat, 3 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 7 saat, 55 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 8 saat, 29 dəq
- 1 həftə, 1 gün, 2 saat, 35 dəq