Sahə Memarı tələb olunu – (Laçın)

İşəgötürən – Karabakh Group
Vəzifə öhdəlikləri:
Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;
Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmi azaldılmasını təmin etmək və s.
Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir
Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir;
Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması
Layihələrin 3D Max və AutoCad-da yığılması
Çertojların çəkilməsi
İnteryer dizayn həllərinin verilməsi
Eskiz və işçi layihələrin hazirlanması
Memarlıq layihələrinin sahədə tətbiqi və ardıcılığına nəzarətin olunması
Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı;
Görünüş və memarlığın bir-birini tamamlaması
Tələblər:
Cins: kişi;
Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi : Mülki tikinti sahəsində sahə memarı kimi ən azı 5 il iş təcrübəsi;
3D Max (V-ray, Corona ), Archicad, Autocad, Photoshop proqramlarında işləmə bacarığı
Materiallar haqqında bilik;
Sahələrdə yerində həll qabiliyyəti və bacarığı;
İş həcmlərinin hesablanmasını bilmək;
İş şəraiti:
İş yeri: Laçın rayonu;
Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sahə Memarı” yazaraq [email protected] adresinə göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 2 gün, 10 saat, 8 dəq
- 2 gün, 10 saat, 11 dəq
- 3 gün, 3 saat, 26 dəq
- 3 gün, 4 saat, 8 dəq
- 3 gün, 4 saat, 10 dəq