Memar tələb olunur

Memar


“Kristal Abşeron’’ şirkətində Memar vakansiyası aktivdir.

Namizədə dair tələblər:
– Memarlıq üzrə ali təhsil;
– Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
– Müasir tikinti norma və qaydalarını bilməli;
– MS Office (Word, Excel), Autocad, ArchiCAD proqramlarında işləməyi bilməli;
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili bilməsi arzuolunandır.

Vəzifə öhdəlikləri:
– Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
– Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
– Layihələri AzDTN-na uyğun işləməli və ekspertizada müdafiə etməli;
– Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
– Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin dizayn və hesablanması ilə bağlı mühəndislə əlaqə saxlamaq;
– Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
– Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək;
– Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyəti mütəxəssislərlə məsləhətləşmək;
– Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyətlə bağlı texnikləri yönləndirmək;
– Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
– Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra olunmasını təşkil etmək;
– Yeni sistemin icrası və onun mövcud struktur və layihələrə inteqrasiyası ilə bağlı podratçılar, sifarişçilər, səlahiyyətli şəxslər və yardımçı heyətlə müzakirələr və məsləhətləşmələr aparmaq.

İş şəraiti:
– 6 günlük iş qrafiki (şənbə yarı gün);
– İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]