Vakansiya: Memar tələb olunur

İşəgötürən: ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi
Vakansiya: Memar
Son tarix: 25 aprel 2023
Əsas vəzifə öhdəlikləri:
-Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;
-Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;
-İş prosesinə nəzarət etmək, xərclərin hesablanmaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək və təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;
-Müəyyən olunmuş və razılaşdırılmış keyfiyyətə təminat standartlarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini təsis etmək;
-Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
-Müvafiq sahədə ali təhsil (Memar diplomu);
-Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
-Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
-AutoCAD, ArchiCAD, Sketchup, 3dMax, MS Office kompüter proqramlarını bilmək;
-Yüksək bədii səviyyədə üç ölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı;
-İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
-Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı;
-Əllə eskizləri çəkmək bacarığı;
-Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 11 saat, 23 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 14 saat, 22 dəq
-
2 gün, 14 saat, 23 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 14 saat, 26 dəq
- 2 gün, 14 saat, 28 dəq