Memar axtarılır

Memar


İşəgötürən – Rockvel Construction

İş barədə məlumat:

Obyektə ilkin baxış keçirilməsi, yerində ölçü götürülməsi və iş həcmlərinin təyin olunması;

Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;

İlkin eskizin hazırlanması, rəhbərlik və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;

Konsept layihələrin hazırlanması və vizualizasiyası;

Obyektin eskiz və işçi layihələrinin hazırlanması;

Memarlıq və mühəndis çizimlərindən ibarət olan layihə paketinin tərtib olunması və hazırlanması;

Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi.

Tələblər:

Təhsil : Ali

İş təcrübəsi : 3 ildən 5 ilə qədər

Yaş : 25 – 35

Müvafiq sahədə ali təhsil (Memar diplomu);

Müvafiq sahədə iş təcrübəsi;

Tikinti Şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;

Müvafiq kompüter proqramlarını bilmək (ArchiCAD, AutoCAD, 3dMax, Vray, Corona və s.);

Əllə eskizləri çəkmək bacarığı arzu ediləndir;

İngilis və rus dillərini bilmək arzu ediləndir;

İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;

Tapşırılan işi vaxtında yerinə yetirmək;

Kreativ, zöqlü, sürətli işləmə bacarığı;

Müstəqil və komanda şəklində işləmək bacarığı.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV-lərini    g.gunashova@rockvelconstructioncom   elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “memar” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]