Şirkətə “Sahə memarı” tələb olunur

Memar


GM Construction MMC Laçın rayonunda “Sahə memarı” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:
Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;
Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmi azaldılmasını təmin etmək və s.

Tələblər:
Cins: kişi;
Yaş həddi: 20 – 35;
Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi : Mülki tikinti sahəsində sahə memarı kimi ən azı 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– yaxşı;
Kompüter bacarıqları: MS Office, AutoCAD;
Materiallar haqqında bilik;
Sahələrdə yerində həll qabiliyyəti və bacarığı;
İş həcmlərinin hesablanmasını bilmək;
İş paketlərinin məzmunları haqqında məlumatlı olmaq;
Podratçıların fəaliyyətini idarə edə bilmək;
Ofisdəki texniki heyətlə sahənin mühəndis heyəti arasında koordinasiyanı təşkil etmək bacarığı.

İş şəraiti:
İş yeri: Laçın rayonu;
İş rejimi: 6 günlük, (09:00-18:00) iş günü;
Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
Əmək haqqı 1000 – 1200 man

Tələblərə uyğun namizədlərin [email protected] elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur. Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]