Sahə Memarı tələb olunu – (Laçın)

Memar


İşəgötürən – Karabakh Group

Vəzifə öhdəlikləri:

Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;

Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;

Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmi azaldılmasını təmin etmək və s.

Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir

Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;

Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;

Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir;

Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması

Layihələrin 3D Max və AutoCad-da yığılması

Çertojların çəkilməsi

İnteryer dizayn həllərinin verilməsi

Eskiz və işçi layihələrin hazirlanması

Memarlıq layihələrinin sahədə tətbiqi və ardıcılığına nəzarətin olunması

Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı;

Görünüş və memarlığın bir-birini tamamlaması

Tələblər:

Cins: kişi;

Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;

İş təcrübəsi : Mülki tikinti sahəsində sahə memarı kimi ən azı 5 il iş təcrübəsi;

3D Max (V-ray, Corona ), Archicad, Autocad, Photoshop proqramlarında işləmə bacarığı

Materiallar haqqında bilik;

Sahələrdə yerində həll qabiliyyəti və bacarığı;

İş həcmlərinin hesablanmasını bilmək;

İş şəraiti:

İş yeri: Laçın rayonu;

Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sahə Memarı” yazaraq   [email protected]  adresinə göndərilməsi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]