Memar tələb olunur

Memar


İşəgötürən – AS İnşaat MMC

Yerinə yetirəcəyi işlər:

Obektlərin 3D modelini, vizual təsvirləri hazırlamaq

Layihə işlərində binanın fasad və memarlıq elementlərində işıq efektlərindən istifadənin vizual təsvirlərini;

Obyektlərin səhnədə düzülüşü və kompozisiyasını.

Vizual təsvirləri komplektləşdirir və müvafiq qaydada sənədləşdirir;

Sifarişçinin layihələndirilən obyektlərə aid tələblərin öyrənilməsini, layihələndirilmənin təşkil olunmasına dair texniki imkanlarını;

Vizual təsvirlərin hazırlanmasının müxtəlif mərhələlərinə aid zəruri elmi-texniki məlumatların seçilməsi və analiz edilməsi;

Hazırlanmış memarlıq elementlərinin estetik səviyyəsinin qiymətləndirilməsi üçün yerli və xarici anoloji layihələrlə müqayisəli analizlərinin aparılması;

Bilməlidir:

Layihələndirilən obyektlərə olan texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;

Şəhərsalma və memarlıq elementlərinin  həllinin həyata keçirilməsinin regional və yerli, eləcə də, ekoloji, iqtisadi, sosial və digər şərtlərini və  xüsusiyyətlərini;

Layihələndirmə, tikinti dizaynının qabaqcıl yerli və xarıcı təcrübəsini;

Memarlıq sahəsində dövlət nəzarəti orqanlarının qərar, sərəncam və əmrlərini, obyektlərin layihələndirməsi, tikintisi və istismara verilməsi ilə bağlı metodiki, normativ və rəhbəredici materialları;

Tələblər:

Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)

Müvafiq sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi.

Azərbaycan dili (əla),  ingilis dili (yaxşı), rus dili (yaxşı)

Revit, Microsoft Office, AutoCad,

İş şəraiti:

Əmək haqqı 2000 AZN

İş rejimi 5 günlük

İşçi naharla və telefon danışıq limiti ilə təmin edilir.

CV-ləri “Memar” başlığı ilə  [email protected]  adresinə göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]