Layihə üzrə memar axtarılır

Memar


İşəgötürən – As Prof Consulting MMC

İş barədə məlumat:

Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması

Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi

Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi

Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak

Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi

Layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması

Bilməlidir:

Tikinti norma və qaydalarını

Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları

Layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını

İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri

Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri

Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini

Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları

Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını

Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni

Namizədə tələblər:

Memarlıq sahəsi üzrə ali təhsil

Əsas proqram bilikləri:

AutoCad

3Dmax (arzuolunandır)

Photoshop

Ofis proqramları

Əsas bacarıqlar:

Kommunikabellilik

Gərgin iş şəraitinə və qrafikinə uyğunlaşma imkanı

Məsuliyyətlilik

Əmək haqqı 1500-2000 manat

CV – lərinizi mövzunun başlığı altında   [email protected]   adresinə göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]