Royal Development hüquqşünas axtarır

Hüquqşünas

Hüquqşünas


İşəgötürən: Royal Development

Vakansiya: Hüquqşünas

Son tarix: 24 noyabr 2022

Hüquqşünas aşağıdakı vəzifələri daşıyır:

-Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir;

-Şirkətdə hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir;

-Şirkətnin iştirakı ilə mənimsənilmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz, standartdan kənar, komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlayır, icrası qurtarmış məhkəmə, işlərinin hesabını və mühafizəsini aparır;

-Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;

-Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir, eləcə də Şirkətnin maliyyə fəaliyyətinin yaxşılaşdırılması, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanması məqsədi ilə, müqavilələrin bağlanılması və yerinə yetirilməsi təcrübəsini öyrənir;

-Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir;

-Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir;

-Kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir;

-İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir;

-Başqa bölmələrlə birgə Şirkət, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır.

İş qrafiki 5 günlük

Əmək haqqı 800.00 AZN (Netto)

Uyğun namizədlərin öz CV-ni Vəzifə başlığı əlavə edərək göndərmələri xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]