Ride Group MMC mühasib axtarır
İşəgötürən: Ride Group MMC
Vakansiya: Mühasib
Son tarix: 10 iyun 2022
İş barədə məlumat:
-Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
-Bütün hesab-fakturaların, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların , qaimə-fakturaların qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün hazırlanması və təqdim edilməsi
-“İnternet banking” vasitəsilə hesablara nəzarət etmək və ödənişləri etmək
-Debitor və kreditor üzrə hesablaşmalara nəzarət olunması
-İş prosesində məlumatların məxfiliyinin saxlanılması
-Baş mühasibin göstərişinə əsasən lazım olan işləri yerinə yetirmək
Namizədə tələblər:
-Mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi
-MS Office (xüsusilə MS Excel)
-E-taxes, E-gov, isb.az portallarından,internet bankingdən istifadə etmə bacarığı
-Sənədlərlə işləmə bacarığı
-Məsuliyyətli və işində dəqiq, komandada işləmək bacarığı
-Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığı
-Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
Digər məlumatlar:
-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
-İş qrafiki: Həftədə 5 gün (saat 9:00-dan 18:00-dək)
-Əməkhaqqı: 500AZN
-Ünvan – Çinar plaza
Maraqlanan şəxslərdən öz şəkilli CV formalarını mövzu yerində “Mühasib” qeyd edərək göndərmələri xahiş olunur. Uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
15 saat, 4 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 13 saat, 56 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 14 saat, 30 dəq
- 3 gün, 8 saat, 36 dəq
- 4 gün, 3 saat, 50 dəq