Restoranın istismar xidməti üzrə texnik tələb olunur

İşəgötürən – McDonald’s Azerbaijan
Əsas vəzifə, öhdəliklər və tələblər:
Restoranda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi restoran ərazisini yoxlamaq.
Verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
Aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
Sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
Restoranın digər ərazilərdə su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
Həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
Qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
Döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
Divar təmiri, kafellərin dəyişdirilməsi, divar kağızların dəyişdirilməsi, boya işlərinin görülməsi
Loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
Siyirməli və qapılı dolabların təmiri
Qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
Dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
Müxtəlif boya işləri – tavan, divar, yol işarələri və.s.
Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.
Namizədə dair tələblər:
Elektrik və Santexnik işləri üzrə bacarıqlar
Rəngsaz işləri üzrə bacarıqlar
Kafel-metlax işləri üzrə bacarıqlar
Alçipan işləri üzrə bacarıqlar
İş şəraiti:
AR ƏM əsasən rəsmiləşdirmə
5 günlük iş həftəsi
Əmək haqqı 600azn + müxtəlif bonuslar
Şirkət tərəfindən naharla təmin olunma
Gənc və dinamik kollektivdə işləmə fürsəti
Maraqlanan namizədlər [email protected] email ünvanına “İstismar xidməti üzrə texnik” başlığı ilə müraciət edə bilər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini ilə 20.08.2023 il tarixinə kimi göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 7 saat, 44 dəq
- 2 gün, 7 saat, 47 dəq
- 3 gün, 1 saat, 2 dəq
- 3 gün, 1 saat, 44 dəq
- 3 gün, 1 saat, 46 dəq