“Səyyar Təchizatçı” tələb olunur

Matanat A Company “Səyyar Təchizatçı” vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
– Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
– Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
– Alınan malların keyfiyyətinə nəzarət.
-Əmək Haqqı: Razılaşma yolu ilə;
Tələblər:
-Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
– Ali təhsil;
– Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;
– Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
– Kompüter biliyi;
– 3 il iş təcrübəsi;
– Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
– Şəxsi avtomobilin olması.
Maraqlanan namizədlər CV-lərini mövzu başlığına vakansiya adını qeyd etməklə [email protected] email adresinə göndərə bilər.
Vakansiyalar
-
2 gün, 9 saat, 3 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 12 saat, 2 dəq
-
2 gün, 12 saat, 3 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 12 saat, 6 dəq
- 2 gün, 12 saat, 8 dəq