Restoranın istismar xidməti üzrə texnik tələb olunur

Texnik


İşəgötürən – McDonald’s Azerbaijan

Əsas vəzifə, öhdəliklər və tələblər:

Restoranda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi restoran ərazisini yoxlamaq.

Verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:

Aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)

Sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)

Restoranın digər ərazilərdə su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi

Həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi

Qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi

Döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi

Divar təmiri, kafellərin dəyişdirilməsi, divar kağızların dəyişdirilməsi, boya işlərinin görülməsi

Loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi

Siyirməli və qapılı dolabların təmiri

Qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması

Dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi

Müxtəlif boya işləri – tavan, divar, yol işarələri və.s.

Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.

Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.

Namizədə dair tələblər:

Elektrik və Santexnik işləri üzrə bacarıqlar

Rəngsaz işləri üzrə bacarıqlar

Kafel-metlax işləri  üzrə bacarıqlar

Alçipan işləri üzrə bacarıqlar

İş şəraiti:

AR ƏM əsasən rəsmiləşdirmə

5 günlük iş həftəsi

Əmək haqqı 600azn + müxtəlif bonuslar 

Şirkət tərəfindən naharla təmin olunma 

Gənc və dinamik kollektivdə işləmə fürsəti 

Maraqlanan namizədlər    [email protected]   email ünvanına “İstismar xidməti üzrə texnik” başlığı ilə müraciət edə bilər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini ilə 20.08.2023 il tarixinə kimi göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]