IT üzrə Texnik tələb olunur

Texnik


İşəgötürən – Sinteks Group of Companies



Sinteks Şirkətlər qrupuna hal hazırda IT üzrə Texnik tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu şirkətin mərkəzi video\audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinə texniki dəstəyin göstərilməsidir.

Vəzifə öhdəlikləri:

Video müşahidə, audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemləri və avadanlıqları montaj edir, yaranmış nasazlıqları aradan qaldırır.

Şirkətin obyektlərində video, audio və analog kamera kabellərin çəkilişini, patch panellərin montajı və rack sistemlərinin yığılmasını icra edir.

Nəzarət programlarını yazır və konfigurasiya edir.

Daxil olan sorğuları cavablayır və icra edir.

Əsas tələblər: 

Təhsil:

IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır

Təcrübə:

Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi

Professional biliklər:

İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər

Hikvision, Dahua , Vivotek və s.  İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər

Audio avadanlıqların quraşdırılması və sazlanması 

Patch Panel və Rack sistemlərinin yığılması

VAST Software haqqında baza biliklər

Şəbəkə avadanlığının tənzimlənməsi 

Professional bacarıqlar və kompetensiyalar: 

Problem həlletmə

Zamanın idarəolunması

Çeviklik

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “IT üzrə Texnik” qeyd edərək    [email protected]   elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]