Kənd təsərrüfatı şirkətinə “Mexanik” tələb olunur

“Agro Dairy”MMC, “Mexanik” vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Samux rayonu
Vəzifənin məqsədi:
“Agro Dairy” MMC-nin sahəsində / ərazilərində (Samux) yerləşən nəqliyyat vasitələrində texniki xidmətləri yerinə yetirir.
Xüsusi emalatxanada işləməklə və zəruri hallarda sahədə nasazlıq olan nəqliyyat vasitələrinə baş çəkməklə səmərəli şəkildə fəaliyyət göstərir. İstehsalçının müəyyənləşdirdiyi profilaktik və planlı texniki xidmət proqramı vasitəsilə nəqliyyat vasitələrinin texniki xidmət proseslərinə və metodlarına riayət edir və eyni zamanda da SƏTƏM tələblərinə əməl edir.
Tələblər
– Nəqliyyat vasitələrinin istismarı üzrə peşə və ya universitet təhsili;
-Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər;
– Mexanik kimi minimum 1-2 il iş təcrübəsi;
– Sürücülük vəsiqəsi;
– Səlis Azərbaycan dili (əlavə dil biliyi üstünlükdür);
– MS Office proqramlarında təməl biliklər.
Əlavə məlumatlar:
İş yeri – Samux
Vakansiya ilə maraqlananlar 30.11.2022 tarixinə qədər CVlərini “Mexanik” başlığı ilə [email protected] mail adresinə göndərə bilərlər.
“Agrodairy” Azərbaycanın kənd təsərrüfatı şirkətlərindən biridir.
Vakansiyalar
- 3 saat, 23 dəq
-
1 gün, 2 saat, 23 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 25 dəq
- 1 gün, 2 saat, 27 dəq
-
1 gün, 2 saat, 29 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib