Quraşdırıcı (modem/mac və s.) tələb olunur

Texnik


İş elanını dərc edən – ENGINET

Vakansiya – Quraşdırıcı

Öhdəliklər:

-Abunəçi ünvanlarında texniki avadanlıqlarla bağlı yaranan (modem/mac və s.) nasazlıqların təyin olunması və  həlli; 

-Texniki sifarişlərin icra olunması;

-Texniki problemlərin distant idarə olunması və həlli;

-Uyğunsuzluq aşkarlandıqda yerində araşdırmaların aparılması və uyğunsuzluğun aradan qaldırılması;

-İş əsasında sərf olunmuş materialların 1C sistemində hesabatının aparılması;

Namizədə verilən tələblər:

-Ali təhsil;

-Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;

-MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;

-Ünsiyyət qura bilmə bacarığı; 

-Texniki biliklər;

-Namizədin şəxsi avtomobilinin olması üstünlükdür;

İş qrafiki: 6 günlük

İstirahət günü: Bazar günü

Əmək haqqı: 600 azn + Yanacaq və amortizasiya xərci

Müraciət qaydası:

CV-nizi elektron poçt ünvanına [email protected] , mövzu sahəsində vəzifə adını “Quraşdırıcı (insident)” yazmaqla göndərə bilərsiniz.

Şirkət haqqında
IT xidmətləri bazarında çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.

Bu gün “ENGINET” şirkəti IT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən mütərəqqi telekommunikasiya xidmətləri təchizatçısıdır.

“ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]