İstirahət kompleksində çoxsaylı vakansiyalar

Anbardar


İşəgötürən – Tufandag Qış-Yay Turizm İstirahət Kompleksi:

 Qəbələ Qafqaz Tufandag Mountain Resort Hoteldə aşağıda qeyd olunan vəzifələr üzrə vakansiyalar elan olunub. Şirkət Qəbələ rayonunda fəaliyyət göstərir. Bu səbəbdən Qəbələdə yaşayan və burada yaşama imkanı (məkanı) olan şəxslərin müraciətinə üstünlük veriləcək.

1. Vəzifə- Baş kassir 1 yer.

-Əsas tələb: İngilis, rus dili və kompyuter biliyi.

-Bu sahədə təhsil və iş təcrübəsi, idarəetmə qabiliyyəti, sərbəst ünsiyyət qurma bacarığı gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər.

-Kassa əməliyyatlarını müvafiq qayda və tələblərə uyğun aparılması qaydalarını bacarmalı.

2.  Vəzifə – Kassir 6 yer.

Əsas tələb: İngilis dili və kompüter biliyi (orta səviyyə)

– başqa bir xarici dili biliyi üstünlükdür.

-Qonaqlarla sərbəst ünsiyyət qurma bacarığı, gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər.

-Sənədlər və pul nominalları ilə işləməyi bacarmalı.

3. Vəzifə- Müştəri xidməti işçisi 1 yer.

 Əsas tələb:

-İngilis, rus dili biliyi.

 -Qonaqlarla sərbəst ünsiyyət qurma bacarığı, gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər.

4. Vəzifə- Anbardar köməkçisi 1 yer.

 Əsas tələb:

-Kompyuter biliyi (Ofis proqramlarında sərbəst işləmə bacarığı).

-Sənədlərlə (qaimə-faktura və digər təhvil təslim sənədləri) işləməyi bacarmalı.

-Mal materialların qəbulu va saxlanma qaydaları haqqında məlumatlı olmaq.

-Sənədlərlə işlərdə səliqəli və dürüst olmalı.

-Maliyyə, iqtisadiyyat istiqaməti üzrə ali təhsil. İş təcrübəsinin olması arzuolunandır.

5. Vəzifə- Nəzarət və Buraxılış Xidməti əməkdaşı (security) 4 yer.

Əsas tələblər:

-Hərbi xidməti keçməli, boyu 170 sm və daha yuxarı.

-Düzgün qamətli və fiziki cəhətdən sağlam,

-30 yaşınadək gənclər.
6.     Ümumi ərazi təmizlikçisi 1 yer.

Əsas tələblər:

-Fiziki iş görməyə həvəsli olmaq.

-Təmizlik və səliqəliliyi sevmək.

-Dəqiq, dürüst və verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı.
7.     Qazanxana maşinisti (Texnik) 1 yer.

Əsas tələblər:

-Bu sahədə təhsili və müvafiq sertifikatının olması mütləqdir.

-Qaz təhlükəsizliyi və ümumi texniki təhlükəsizlik qaydaları haqqında biliklərin olması.

-Qazanxanalar və istilik sistemləri, qapalı və açıq su dövriyyəsi sistemləri, yüksək təzyiqli və təzyiq yaradan qurğular barədə nəzəri və praktiki biliklərin olması.  

İş təcrübəsi arzuolunandır.


Müraciət üçün Qəbələ rayon Durca kəndində yerləşən Qafqaz Tufandag Hotelə yaxınlaşa və ya CV məlumatlarınızı müraciət etmək istədiyiniz müvafiq vəzifə adını başlıq qeyd edərək [email protected] ünvanına göndərə bilərsiniz.

8. Qeydiyyatçı (receptionist)1 yer.

Əsas tələblər: İngilis, rus dili biliyi, gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər.

Kompüterdən orta səviyyədə istifadə bacarığı (Microsoft Office). Sənəd və pul nominalları ilə işləmə bacarığı.
9. Qapıçı (doormen) 1 yer.

Əsas tələblər:

İngilis, rus dili biliyi (orta səviyyə), gülərüz, ünsiyyətcil, yardımsevər, dürüst və qonaqpərvər.
10. Qonaqlarla əlaqələr üzrə agent (Guest Relations Agent) 1 yer.

Əsas tələblər:

İngilis, rus dili biliyi.

Qonaqlarla sərbəst ünsiyyət qurma bacarığı, gülərüz, dürüst və qonaqpərvər.

Qonaq rəy və təkliflərini dinləyərək həlli istiqamətində düzgün şəkildə yönləndirmə.

Kompüterdən orta səviyyədə istifadə bacarığı (Microsoft Office).
11. Aşpaz (isti bölüm) 2 yer.

Əsas tələblər:

 Bu sahədə təhsil, qida təhlükəsizliyi norma və qaydaları haqqında məlumatlı olmaq, milli və avropa mətbəxində iş təcrübəsi.
12. Aşpaz (şirniyyatçı) 2 yer.

Əsas tələblər:

 Bu sahədə təhsil, qida təhlükəsizliyi norma və qaydaları haqqında məlumatlı olmaq, yerli və xarici şirniyyatların hazırlanmasında iş təcrübəsi.
13. Aşpaz köməkçisi 4 yer.

 Əsas tələblər:

Bu sahədə təhsil, mətbəx, qida təhlükəsizliyi, yerli və dünya mətbəxindən qida xammallarının ilkin emalı barədə bilik və iş təcrübəsi.
14. Barmen 1 yer.

Əsas tələblər:

Bu sahədə təhsil və iş təcrübənin olması.

Müxtəlif növ kokteyllər və kofelər hazırlama bacarığı.

Spirtli və spirtsiz işçilər haqqında detallı məlumatın olması.

İşçi qramajlarının düzgün bölgüsü bacarığı. Gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər.
15. Ofisiant 5 yer.

Əsas tələblər:

Restoran və otelin iaşə şöbəsində iş təcrübəsi.

Servis və masa xidmətlərini bacarmalı.

Qonaqları qarşılama, sifarişlərin götürülməsi, sifarişə uyğun xidmət göstərilməsi və hesabın təqdim edilməsi.

 Gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər.

(İngilis, rus və ya başqa bir xarici dili biliyi üstünlükdür)
16. Texniki işçi (Mətbəx-qabyuyan) 3 yer.

 Əsas tələblər:

Fiziki iş görməyə həvəsli olmaq.

Təmizlik və səliqəliliyi sevmək.

Dəqiq, dürüst və verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı.
17. Otelin ümumi ərazi təmizlikçisi 1 yer.

Əsas tələblər:

Fiziki iş görməyə həvəsli olmaq.

Təmizlik və səliqəliliyi sevmək. Dəqiq, dürüst və verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı.
18. Oteldə otaq təmizlikçisi (qadın) 1 yer.

Əsas tələblər:

-Fiziki iş görməyə həvəsli olmaq.

-Təmizlik və səliqəliliyi sevmək.

– Dəqiq, dürüst və verilən tapşırıqları vaxtında yerinə yetirmə və kimyəvi təmizlik vasitələri ilə işləmə bacarığı.

Maraqlanan şəxslər birbaşa Qəbələ rayon Durca kəndində yerləşən Qafqaz Tufandag Mountain Resort Hotelə müraciət edə və yavakansiyanın adını qeydedərək  CV-ni [email protected] göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]