North West Construction texnik axtarır

İşəgötürən: North West Construction
Vakansiya: Texnik
Son tarix: 08 iyul 2023
Vəzifə Öhdəlikləri:
-Yanacaqdoldurma avadanlıqlarının, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasında iştirak edir;
-Mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir;
-Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
-Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
-Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
-Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
-Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
-Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
Tələblər:
-Orta texniki və orta təhsilli və ya Ali təhsil;
-Avadanlıqlara texniki xidmət, texniki baxış, servis xidməti üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
-Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını bilməli;
-Bu sahəyə aid olan təhlükəsizlik qaydalarını və mexaniki qurğularının quruluşunu, onların xüsusiyyətlərini bilməlkik və onlardan istifadə qaydalarını bacarmalı;
-Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmalı;
-Yeni texnologiyaları öyrənmə həvəsi və yüksək mənimsəmə qabiliyyəti olmalı;
-Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti olmalı;
-İşində dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı olmalı;
-Operativ və nizam-intizamlı olmalı;
-İngilis dili və rus dili (bilənlərə üstünlük verilir).
Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “Texnik” qeyd edərək [email protected] , [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 7 saat
- 7 saat, 46 dəq
- 8 saat, 24 dəq
- 9 saat, 11 dəq
- 9 saat, 12 dəq