“RAMCO” “Smeta Mühəndisi” axtarır

“RAMCO” QSC “Smeta Mühəndisi” pozisiyasını vakant elan edir!
Namizədə olan tələblər:
-Təhsil: Ali (İnşaat Mühəndisliyi ixtisası üzrə təhsil almış namizədlərə üstünlük veriləcək);
-Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
– MS Excel-lə yüksək səviyyədə işləməyi bacarmalıdır;
-İngilis dilində sərbəst danışıq və yazı;
– Autocad proqramında işləməyi bacarmalıdır;
-Ezamiyyətlərə getməyə hazır olmalıdır;
Vəzifə öhdəlikləri:
-Tender təklifinin hazırlanmasında birbaşa iştirak etmək. İş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
– Layihənin smetası, çertyojları və spesifikasiyaları ilə tanış olmaq;
– Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək; kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək;
-Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək. Kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə təchizat şöbəsinə göndərmək;
– Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək;
-Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərin siyahısını hazırlamaq, kirayə qiymətlərin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək;
– İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyası aparılmalıdır;
– Bütün hesablamaları və maya dəyərinin yekun smetasını yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;
-Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq, bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq;
-Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq;
-Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək.
İş şərtlərimiz:
-Əmək haqqı: Müsahibə nəticəsinə əsasən təyin ediləcək;
– İş qrafiki : həftə içi 5 gün, 08:30 – 17:30;
-İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta Mühəndisi” yazaraq hr-c[email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
5 saat, 34 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 43 dəq
- 5 saat, 44 dəq
- 5 saat, 46 dəq
- 5 saat, 52 dəq