Ramco CJSC smeta mühəndisi axtarır

Mühəndis


İşəgötürən: Ramco CJSC

Vakansiya: Smeta Mühəndisi

Son tarix: 04 sentyabr 2022

Namizədə olan tələblər:

-Təhsil: Ali (İnşaat Mühəndisliyi ixtisası üzrə təhsil almış namizədlərə üstünlük veriləcək);

-Müvafiq sahə üzrə minimum 3 il təcrübə;

-MS Excel-lə yüksək səviyyədə işləməyi bacarmalıdır;

-İngilis dilində sərbəst danışıq və yazı;

-Autocad proqramında işləməyi bacarmalıdır;

-Ezamiyyətlərə getməyə hazır olmalıdır.

Vəzifə öhdəlikləri:

-Tender təklifinin hazırlanmasında birbaşa iştirak etmək. İş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;

-Layihənin smetası, çertyojları və spesifikasiyaları ilə tanış olmaq;

-Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək; kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək;

-Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək. Kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə  təchizat şöbəsinə göndərmək;

-Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək;

-Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərin siyahısını hazırlamaq, kirayə qiymətlərin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək;

-İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyası aparılmalıdır;

-Bütün hesablamaları və maya dəyərinin yekun smetasını yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;

-Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq, bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq;

-Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq;

-Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək.

İş şərtlərimiz:

-Əmək haqqı: Müsahibə nəticəsinə əsasən təyin ediləcək;

-İş qrafiki : həftə içi 5 gün, 08:30 – 17:30;

-İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]